Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 13:21
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, onlar bu gün Qubadlı və Laçın rayonlarında olacaqlar.
Səfərdə xarici ölkələrin Azərbaycandakı səfirləri, səfirliklərin nümayəndələri, hərbi attaşelər və digərləri, ümumilikdə 100-dən artıq şəxs iştirak edir. Həmçinin nüfuzlu beynəlxalq media qurumlarının əməkdaşlarının səfərdə iştirakı da təmin olunub.