Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 13:20
Ombudsman Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavələrin edilməsi təklifi ilə çıxış edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində əksini tapıb.
Ombudsman işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədi ilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması və bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavələrin edilməsini təklif edib.