Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Paşinyan martın 9-u və ya 10-u istefa verə bilər''

''Paşinyan martın 9-u və ya 10-u istefa verə bilər''

Tarix: 9 Mart 2021 14:04

Nikol Paşinyan martın 9-u və ya 10-u vəzifəsindən istefa verə bilər.

Sonxeber.net qazeta.az-a istinadən xəbər verir ki, bu iddianı Ermənistanın "Past.am" gündəlik qəzeti dərc edib.

"Ermənistanda daxili siyasi hadisələrin mərkəzində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan və digər yüksək rütbəli zabitlərin Nikol Paşinyanı istefaya çağırdığı bəyanat durur. Nikol Paşinyan 9 və ya 10 mart tarixlərində hərbi dairələrlə birlikdə keçirdiyi görüşlərdə istefa verəcəyinə söz verib, bundan sonra növbədənkənar seçkilər keçiriləcək.

Paşinyan may ayında erkən seçkilərin baş tutacağına əminliyini bildirib. Lakin nə generallar, nə də siyasi dairələr, yumşaq desək, ona inanmırlar. Digər tərəfdən, seçkilərin keçiriləcəyi təqdirdə, görünməmiş miqdarda inzibati resurslardan istifadə ediləcəyi və seçki nəticələrinin saxtalaşdırılacağı düşünülür", - qəzetin məqaləsində qeyd edilib.


Etiketlər:  Paşinyan martın istefa verə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ