Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hicabdan əvvəl günə 500 manat qazanırdım''

''Hicabdan əvvəl günə 500 manat qazanırdım''

Tarix: 9 Mart 2021 15:05

Hicaba gəlməzdən əvvəl hər günüm 500 manat idi. Hər gün şou-proqramdan qazanırdım. Həftənin 7 günü işim olurdu.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Hüseynova bacıları" proqramında deyib. Sənətçi hicaba gəlməsindən və ünvanına deyilən tənqidlərdən danışıb:

"Bunu heç vaxt danışmamışam. Mənim gəlirimin eynisini qazanan heç kim hicab bağlayıb, ondan imtina etməzdi. Üç il oxumadım. Müğənniyəm, hicabı fərqli taxıram. Papaq taxıram, çünki xoşum gəlir. Əvvəl hicab bağlayanlar at çapırdı. İndi mənə irad bildirənlər at çapsın. Niyə mobil telefondan istifadə edir, avtomobilə minirlər? Hər şeyi məndə görmək istəyirlər. Hicabı məndən yox, Fatimeyi Zəhradan öyrənin.

Məndə səhv axtaranlar mənim atdığım addımın 1 faizini atsınlar. Özlərində səhvləri görsünlər. 11 ildir ailəliyəm, səhv addımım olsaydı, ayrılardım. Həyatım o qədər kədərlidir. Niyə mənim yerimdə olmaq istəyirlər, paxıllıq edirlər ki".


Etiketlər:  Hicabdan əvvəl günə manat qazanırdım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ