Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 20:20
Bir müddət əvvəl "Flashpoint" mütəxəssisləri Rusiyanın ən qədim forumlarından birinin təhlükəsizliyində "çuxur" aşkar ediblər. Naməlum hakerlərin bu "çuxurdan" istifadə edərək saytı "sındırdığı" məlum olub. Bu, 2003-cü ildə internetin qeyri-qanuni sahələrilə maraqlanan insanların qapalı bir icması kimi açılan "Maza" adlı qaynaqdır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, kənar qonaqlar forum üzvlərinin məlumatlarına giriş əldə ediblər. Oğurlanmış məlumatlara istifadəçi identifikatorları, istifadəçi adları, e-poçt ünvanları və ani mesajlaşmalara (Skype, MSN, və s.) bağlantılar daxildir. Ümumilikdə, hakerlər təxminən 2000 istifadəçinin məlumatlarını ələ keçiriblər.
Qeyd edək ki, "Maza"da ünsiyyət üçün əsas mövzular virusların yaradılması/istifadəsi, internet saxtakarlığı, kartlaşdırma və digər qanuni olmayan fəaliyyətlərdir.