Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Liverpul" azarkeşləri məni yox, Kloppu istəyirlər"

Tarix: 10 Mart 2021 18:14

"Liverpul" azarkeşləri komandanı çalışdırmağımı istəmirlər. Onlar Yurgen Kloppun qalmasını istəyirlər. Mən də tam olaraq onları dəstəkləyirəm".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Reyncers"in baş məşqçisi Stiven Cerrard "Liverpoll Echo"ya açıqlamasında deyib.

"Liverpul"un əfsanəvi futbolçularından olan 40 yaşlı məşqçi keçmiş komandasında Yurgen Kloppu əvəzləyəcəyi haqda yayılan xəbərlərə aydınlıq gətirib. O, hazırda belə bir fikirdə olmadığını bildirib:

"Biz bu haqda danışmalı deyilik. Çünki hazırda "Liverpul"u dünyanın ən yaxşı məşqçilərindən biri çalışdırır. Mən Kloppu sevirəm və ümid edirəm ki, daha bir neçə il komandada qalacaq. Bir gün "Liverpul"un baş məşqçisi olmağı arzulayırammı? Bəli, bu, mənim arzumdur. Ancaq indi deyil. Bilmək olmaz "Liverpul"da necə çalışacağam və klub rəhbərliyi məni seçəcəkmi? Dünyada məşqçi çoxdur. İlk növbədə gəlin, Kloppu dəstəkləyək".

Xatırladaq ki, 1998-2015-ci illərdə "Liverpul"da çıxış edən Cerrard 2018-ci ildən "Reyncers"i çalışdırır . Onun komandası bir neçə gün əvvəl Şotlandiya çempionu olub.

Milli.Az


Etiketlər:  Liverpul azarkeşləri məni yox Kloppu istəyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ