Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən sürətli superkompüteri tam gücü ilə istifadəyə verilib

Dünyanın ən sürətli superkompüteri tam gücü ilə istifadəyə verilib

Tarix: 11 Mart 2021 23:56

Yaponiyanın "Riken" Təbii Elmlər İnstitutunun hesablama mərkəzində dünyanın ən sürətli superkompüteri "Fuqaku" tam gücü ilə istifadəyə verilib. Əvvəlcə onu apreldə tam gücü ilə istifadəyə vermək planlaşdırılmışdı, ancaq koronavirusun yayılması ilə əlaqədar təcili araşdırmaların keçirilməsi zərurətinə görə bu prosesi sürətləndirməyə qərar verilib.

"ICTnews" Elektron Xəbər Xidməti "nauka.tass.ru" saytına istinadən yazır ki, "Fuqaku" superkompüteri 2020-ci ilin aprelində qismən istifadəyə verilmişdi. Həmin ilin iyununda "TOP-500" beynəlxalq layihəsinin mütəxəssisləri tərəfindən dünyanın ən sürətli superkompüteri elan edilib. Noyabrda superkompüterin statusu ikinci dəfə təsdiq edilib. "Fuqaku" superkompüteri, həmçinin sənayedə, süni intellekt sahəsində və böyük rəqəmlərin təhlilində ən yaxşı nəticə nümayiş etdirib.

Bu superkompüter "Fujitsu" elektrotexnika korporasiyası tərəfindən "Riken" İnstitutunun mütəxəssisləri ilə birgə hazırlanıb. Saniyədə 415 kvadrilliondan çox əməliyyat yerinə yetirir. Bu, əvvəllər "TOP-500" reytinqində birinci yeri tutmuş ABŞ-ın "Summit" superkompüterinin sürətindən 2,8 dəfə çoxdur.

Hazırda "Fuqaku" superkompüteri 100-dən çox müxtəlif tədqiqatda istifadə ediləcək. Bu, pandemiyanın problemlərindən başqa, süni intellekt və havanın proqnozlaşdırılması sahəsindəki hazırlamaları əhatə edəcək.


Etiketlər:  Dünyanın sürətli superkompüteri gücü ilə istifadəyə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ