Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2021 11:00
Gürcüstanla Rusiya arasında Yuxarı Lars yolu bağlanıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, səbəb ekstremal hava şəraitidir. Hazırda bütün növ nəqliyyat vasitələri üçün yol bağlıdır.
Böyük Qafqaz dağlarında yerləşən tarixi Dəryal keçidindən keçən bu yol "Hərbi Gürcüstan yolu" da adlandırılır. Dağlıq ərazilərdən keçən yoldə hərəkət ilin soyuq dövründə tez-tez məhdudlaşdırılır. Olduqca təhlükəli relyefə malik bölgə olan bu regionda mütəmadi olaraq qar uçqunları müşahidə olunur.
Qeyd edək ki, Ermənistanla Rusiya arasındakı kommunikasiya və logistika əlaqələri də bu yolla təmin olunur.