Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Litvada ölüm səviyyəsi bir ay ərzində 20 faizdən çox artıb

Litvada ölüm səviyyəsi bir ay ərzində 20 faizdən çox artıb

Tarix: 12 Mart 2021 20:56

Bu ilin fevral ayında Litvada ölüm səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz artıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Litvanın Statistika Departamenti yayıb.

Bildirilib ki, bir ay ərzində ölkədə daimi sakinlərin sayı 2111 nəfər azalaraq mart ayının əvvəli üçün əhalinin ümumi sayı 2,79 milyon nəfər təşkil edib.

Qeyd edilib ki, ötən ay Litvada 1624 uşaq dünyaya gəlib ki, bu da 2020-ci ilin fevral ayı ilə müqayisədə 10,2 faiz az göstəricidir. Ötən ay ölkəyə 2499 nəfər köç edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 1311 nəfər azdır. Bununla yanaşı, ötən ay Litvanı tərk edənlərin sayı 365 nəfər artaraq, 2494 nəfər olub.


Etiketlər:  Litvada ölüm səviyyəsi ərzində faizdən çox artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ