Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MTN generalların işində zərərçəkən qadının məhkəməsi başlayır

MTN generalların işində zərərçəkən qadının məhkəməsi başlayır

Tarix: 13 Mart 2021 09:50

Bakıda dələduzluqda təqsirli bilinən Ulduzə Səfərzadə barəsində cinayət işi başlanıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, U. Səfərzadə iki nəfərin etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edərək pullarını mənimsəyib. Zərərçəkmişlərin şikayəti əsasında U. Səfərzadə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Onun barəsində aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, U. Səfərzadə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev və general-mayor Natavan Mürvətovanın barəsində olan cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.


Etiketlər:  generalların işində zərərçəkən qadının məhkəməsi başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ