Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2019 12:44
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu il müəllim olmaq istəyən 33 namizədin imtahan nəticəsi ləğv edilib.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bu gün keçirdikləri mətbuat konfransında deyib.
Onun sözlərinə görə, nəticələrin ləğvinə səbəb imtahan qaydalarının pozulmasıdır:
"Ən çox rast gəlinən qayda pozuntuları köçürməyə cəhd etmək, yanındakı namizəd ilə söhbət etmək olub. Eyni zamanda başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana daxil olmağa cəhd də olub və bunun qarşısı alınıb. Bəzi hallarda namizədlər tərəfindən imtahana telefon ilə deyil, hətta rabitə qurğusu ilə gəlmək cəhdləri olub. Bütün sadalanan hallara yol verdiyinə görə 33 nəfərin imtahan nəticəsi ləğv edilib".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin