Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyənin Həcc və Ümrə naziri işdən çıxarıldı

Səudiyyənin Həcc və Ümrə naziri işdən çıxarıldı

Tarix: 13 Mart 2021 13:26

Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Məhəmməd Saleh bin Tahir Benten vəzifəsindən azad edilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

Qeyd olunub ki, nazirin işdən kənarlaşdırılması barədə Kral Salman İbn Əbdüləziz sərəncam imzalayıb. Onun yerinə dövlət katibi İsam İbn Sad ibn Səid təyin edilib.

Tahir Bentenin vəzifəsindən hansı səbəbdən azad edilməsi barədə məlumat verilməsə də, Həcc və Ümrə Nazirliyinə təyin olunmuş Səidin dövlət katibi vəzifəsini davam etdirəcəyi açıqlanıb.


Etiketlər:  Səudiyyənin Həcc Ümrə naziri işdən çıxarıldı


RƏYLƏR