Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quş qripinə yoluxmamaq üçün nə etməli?

Quş qripinə yoluxmamaq üçün nə etməli?

Tarix: 13 Mart 2021 15:03

Viruslu infeksiyaların müalicəsi və profilaktikası elmi mərkəzinin direktoru Georgi Vikulov quş qripinə yoluxmamaq üçün tövsiyələrini verib.

Sonxeber.net Sputnik-ə istinadən bildirir ki, mütəxəssis vurğulayıb ki, bu viruslu xəstəliyin alovlanması və epidemiyasının nəticələri yoluxanları arasında ölüm göstəricilərinin yüksək olmasından xəbər verir. Bu səbəbdən də təhlükəsizlik tədbirlərinə ciddi riayət etmək lazımdır.

"Səyahət zamanı, eləcə də ekzotik restoranlarda çiy quş əti və çiy yumurta yeməyin, çünki onlar qrip virusuna yoluxma mənbəyi ola bilər", - Vikulov deyib. 

Vikulov həmçinin vəhşi quşların ətini yeməməyi də məsləhət görüb və əlavə edib ki, ovla məşğul olanların quş qripinə yoluxma riski yüksəkdir.


Etiketlər:  Quş qripinə yoluxmamaq üçün etməli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ