Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2021 09:56
ABŞ-ın Nyu-York ştatında qanunsuz təşkil edilmiş məclisdə silahlı insident baş verib.
APA "New York Post"a istinadən xəbər verir ki, Bruklin rayonunda yerli vaxtla təxminən saat 04:00-da qeydə alınan hadisə zamanı 5 nəfər (24-49 yaş arasında dörd kişi və 23 yaşlı qadın) yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşı Maykl Kemper ziyafətdə atışmanın mübahisə səbəbindən baş verdiyi bildirib: "Atışma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etməyib. Silahlı insident tərəflər arasında küçədə də davam edib".