Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PSJ Neymarı ayın sonuna kimi satacaq

PSJ Neymarı ayın sonuna kimi satacaq

Tarix: 25 Iyul 2019 13:56

PSJ iyulun 31-ə qədər futbolçusu Neymarla yolları ayırmağı planlaşdırır.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Paris klubu hazırda fərdi qaydada məşq edən braziliyalı hücumçunu həmin vaxta kimi satmağı düşünür. Klub rəhbərliyi hesab edir ki, iyulun 31-i komanda ilə məşqlərə başlayacağı gözlənilən Neymarla yolları ayırmaq PSJ üçün yaxşı olacaq. Çünki klubdan ayrılmağı düşünən 27 yaşlı oyunçunun ümumi məşqlərdə iştirakı komandanın digər üzvlərinə pis təsir edə bilər.

Qeyd edək ki, Neymarla "Yuventus" və "Barselona"nın maraqlandığı iddia olunur.

 


Etiketlər:  PSJ Neymarı ayın sonuna kimi satacaq


RƏYLƏR