Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bostonda azərbaycanlıların etiraz aksiyası olub - FOTO

Bostonda azərbaycanlıların etiraz aksiyası olub - FOTO

Tarix: 15 Mart 2021 08:48

14 mart tarixində Yeni İngiltərə Amerika Azərbaycanlıları (New England Azerbaijani Americans) bu yaxınlarda Boston şəhərinin meri Marti Uolşunun ofisi tərəfindən açıq-aşkar ayrı-seçkiliyə qarşı etiraz olaraq hökumət evi qarşısında toplaşıblar. Etiraza və qəzəbə səbəb beynəlxalq səviyyədə tanınmış müharibə cinayətlərindən biri olan Xocalı faciəsinin anma günü ilə əlaqədar mer Uolş tərəfindən imzalanmış bəyannaməni erməni lobbi qruplarının təzyiqi səbəbindən geri çəkməsi və üzr istəməsi olub.

Cəmiyyətdən Sonxeber.net-a verilən məlumata görə, mer Uolşun ofisi Azərbaycan icması ilə vaxtında və mütəmadi əlaqə qurmadıqlarına görə birtərəfli və ayrı-seçkili qərarın verilməsi ilə nəticələnib.

Belə ki, mer Uolşun xüsusi maraqları olan erməni lobbi qruplarını dəstəkləyən ədalətsiz və preferensial davranışı Azərbaycan icmasında böyük narazılıq yaradıb, çünki bununla mer yalnız insan hüquqları faciəsi tarixi ilə bağlı həqiqəti inkar etməmiş, eyni zamanda bu qərarla açıq şəkildə ABŞ-da yaşayan Azərbaycan icmasının səslərini kənarlaşdırıb.

Etirazçılar Xocalı qətliamı haqqında Boston Globe, Washington Post, New York Times, Newsweek, The Independent, and The Guardian kimi nüfuzlu mətbu orqanlarında sənədləşdirilmiş və işıqlandırılmış məlumatları oxuyaraq mer Uolşun diqqətinə çatdırıb. Həmçinin icamımızın üzvləri sayından və maliyyə lobbiçilik gücündən asılı olmayaraq bərabər şəkildə icmanın hüquqlarının və maraqlarının təmsil olunmasını tələb edib.


Etiketlər:  Bostonda azərbaycanlıların etiraz aksiyası olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ