Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 10:02
PSJ-nin futbolçuları Anxel Di Mariya və Markinyosun evləri qarət olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ESPN agentliyi məlumat yayıb.
Hadisə zamanı futbolçuların ailələri evdə olub və onlar girov götürülüblər. Oğrular onların əl və ayaqlarını bağlayıb, evdəki qiymətli əşyaları götürərək, hadisə yerini tərk ediblər.
Qeyd olunur ki, PSJ-nin idman direktoru Leonardo dərhal klubun baş məşqçisi Maurisio Poçettinoya bu barədə məlumat verib.
Di Mariya qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib və hücumçu dərhal evə yola düşüb.
Qeyd edilir ki, polis hadisə ilə bağlı araşdırmaya başlayıb.