Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 10:09
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın "Twitter" hesabında Çinin "Xiaomi" şirkətinin Türkiyədəki zavodunun fotoşəkili dərc olunub. Nazir və müəssisənin işçilərinin yer aldığı fotoşəkildə yeni yığılan "Redmi Note 9C" smartfonu nümayiş olunur.
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, nazirin sözlərinə görə, hazırda müəssisədə smartfonların sınaq istehsalına başlanılıb.
Bununla yanaşı, tam istehsala yaxın vaxtlarda başlamaq nəzərdə tutulur. İlkin məlumatlara görə, müəssisədə həm daxili Türkiyə bazarı, həm də Avropa ölkələri üçün ucuz "Xiaomi" smartfonları – əsasən başlanğıc və orta səviyyəli "Redmi" modelləri yığılacaq.
Nizam Nuriyev