Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aqşini Türkiyədə “Azərbaycanın Tarkanı” kimi təqdim etdilər - VİDEO

Aqşini Türkiyədə “Azərbaycanın Tarkanı” kimi təqdim etdilər - VİDEO

Tarix: 15 Mart 2021 15:30

Meyxanaçı Aqşin Fatehin Türkiyədə "Azərbaycanın Tarkanı" kimi təqdim edilməsi müzakirələrə səbəb olub. Belə ki, Türkiyədə olan ifaçı "On10 TV" yutub layihəsində Serkan Aksarın qonağı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, verilişin giriş hissəsində Aqşin barədə kiçik süjet verilib və o, meqastar Tarkana bənzədilib.

Həmçinin, proqram yutub platformasında da "Azərbaycanın Tarkanı danışdı" başlığı ilə yayımlanıb. Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Milli.Az


Etiketlər:  Aqşini Türkiyədə Azərbaycanın Tarkanı kimi təqdim etdilər VİDEO


RƏYLƏR