Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 13:04
Xətai rayonu, Zığ yolu bina 22-nin istilik sisteminin boruları yararsız vəziyyətə düşüb. Bu səbəbdən bir müddətdir ki, isti su zirzəmiyə axır. Buxardan bloklara daxil olmaq mümkün deyil, hətta liftlərdən də biri xarab olub.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, sözügedən ünvanda məhəllədaxili xətlər ilə bağlı vəziyyət də qənaətbəxş deyil. Bu isə ərazidə başqa problemlər yaradıb.
Vətəndaşlar deyirlər ki, məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-yə dəfələrlə müraciət ediblər. Qurumun nümayəndələri əraziyə gəlsələr də, nəticə dəyişməyib.
Problemlə bağlı 6 saylı istilik sistemləri istismar sahəsinin baş mühəndisi Nəbi Qurbanov bildirib ki, zirzəmiyə dolan su qrunt suyudur.
"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə "Xəzər Xəbər"ə bildirib ki, çəkilişdən sonra mütəxəssislər əraziyə baxış keçiriblər və məlum olub ki, binanın zirzəmisindəki istilik xətlərində heç bir problem yoxdur.
O ki qaldı mənzillərin bəzi otaqlarında istiliyin olmaması məsələsinə, Rafiq Əliyev deyib ki, həmin vətəndaşlar müraciət etsələr, onlara texniki dəstək göstəriləcək.