Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İphone 13 seriyasının batareya tutumu bəlli oldu

İphone 13 seriyasının batareya tutumu bəlli oldu

Tarix: 16 Mart 2021 20:20

iPhone 13 seriyası batareya sistemində bir dəyişikliklərlə yadda qalacaq. Cihazlar daha uzunömürlü batareyalarla təmin ediləcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə məşhur analitik Ming-Chi Kuo məlumat yayıb. O, təxminlərini bölüşərkən bildirib ki, sözügedən modellər 2023-cü ilə qədər çıxacaq. Həmin ilin ikinci yarısında buraxılacaq iPhone 13 modelləri isə daha qənaətcil olacaq. Çünki bu modellərdə iPhone 12 seriyasından daha böyük batareya tutumu olacaq. Buna görə də, iPhone 13-ün çəkisinə görə, əvvəlki versiyalardan daha ağır olacağı iddia edilir. SİM kart yuvası əsas kartla birləşdiyi üçün ön optik modulların qalınlığı da azalacaq.

HƏMÇİNİN OXU: Apple iPhone 13-də yeni rejimdən istifadə edəcək

Bundan əlavə, seriyada istifadə ediləcək yeni ekran texnologiyaları da batareyanın ömrünü uzatmağa kömək edə bilər. iPhone 13 Pro və Pro Max cihazlarının ProMotion sistemi ilə inkişaf etdirildiyi üçün 120 Hz-ə qədər yüksək yeniləmə sürəti təmin edəcək.

Milli.Az


Etiketlər:  İphone seriyasının batareya tutumu bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ