Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 22:40
Rusiya Tvitterə giriş sürətini yavaşlatmağa qərar verib. Ölkənin rabitə tənzimləyiciləri platformanı tamamilə bloklamaqla hədələyirlər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Rusiyadakı Tvitter istifadəçiləri veb saytı ziyarət edərkən səbirli olmalı olacaqlar. Ölkənin Rabitə İdarəsi qanunsuz məzmun və qadağan edilmiş məlumatları ehtiva edən paylaşımları silmədiyinə görə, Tvitterin sürətinin yavaşladıldığını artıq rəsmi açıqlayıb.
Yeni qərarda narkotik maddələrin istifadəsini təbliğ edən yersiz video və tvitlər, azyaşlıları intihara təşviq edən postlar vurğulanıb. 2017-ci ildən bəri Tvitterə qanunsuz məzmunun silinməsi üçün 28 mindən çox müraciət göndərildiyi və qadağan olunmuş 3168 materialın hələ də platformada qaldığı qeyd edilib.
Tvitter sürətinin azaldılmasının Rusiya vətəndaşlarını qorumaq və platformanı ölkə qanunvericiliyini nəzərə almağa məcbur etmək məqsədi daşıyır. Sürətin yavaşlaması bütün cihazların 50%-də tətbiq olunacaq. Tələblərə məhəl qoyulmadığı təqdirdə Tvitter ölkədə tamamilə bloklana bilər.