Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa inanmayan və onu lağa qoyan prezident bu virusdan öldü - FOTO

Koronavirusa inanmayan və onu lağa qoyan prezident bu virusdan öldü - FOTO

Tarix: 18 Mart 2021 13:20

Tanzaniya prezidenti, 61 yaşlı Con Maqufuli koronavirusdan vəfat edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda ölkənin vitse-prezidenti Samia Suluhu Hassan dövlət televiziyasında bildirib.

Con Maqufuli bir neçə həftədir publika qarşısında görünmürdü və onun qonşu Keniya xəstəxanalarından birində koronavirusdan müalicə aldığı, vəziyyətinin ağır olduğu və süni tənəffüs aparatına qoşulduğu məlum olmuşdu. Daha sonra xəbər yayılmışdı ki, Tanzaniya prezidenti müalicə üçün Keniyadan Hindistana aparılıb.

Maqufuli koronavirusa inanmırdı və onu lağa qoyurdu, ölkədə karantin rejimi tətbiq etmirdi və üstəlik COVAX təşəbbüsü çərçivəsində Tanzaniyaya çatdırılmalı olan pulsuz vaksinlərdən də imtina etmişdi. Tanzaniya prezidenti habelə maska taxmayanları da tərifləyirdi. Bununla belə virus onun ailəsinə də gəlib çatmışdı və Maqufulinin oğlu yoluxmuşdu. O, bildirmişdi ki, oğlunu limon və zəncəfillə, buxar inqalyasiyası ilə sağaldıb.

Maqufulu koronavirusu "şeytan" adlandırırdı və ölkə əhalisini virusu qovmaq üçün dua etməyə çağırırdı. Tanzaniya ötən ilin mayından etibarən virusa yoluxanların statistikasını açıqlamırdı.

Ötən il ərzində Maqufuli dəfələrlə bildirmişdi ki, Tanzaniyada koronavirus yoxdur və turistlər ölkəyə gələ bilərlər. Onun sözlərinə görə, Allah virusu Tanzaniyadan "qovub".

Bütün bunlara baxmayaraq Maqufulu fevralın sonlarında ağır simptomlarla qonşu Keniya xəstəxanalarından birinə aparılıb. Tanzaniya rəsmiləri onun koronavirusa yoluxduğunu inkar edirdi.

Milli.Az


Etiketlər:  Koronavirusa inanmayan onu lağa qoyan prezident bu virusdan öldü FOTO


RƏYLƏR