Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2021 23:06
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan İrəvandakı kafelərdən birində jurnalist Paylak Faxradyana hücum çəkərək onu döyüb.
Sonxeber.net 1in.am-a istinadən bildirir ki, faktla bağlı olaraq Ermənistanın Baş Prokurorluğu Xüsusi İstintaq Xidmətinə məlumat yollayıb.
P.Faxradyan Facebook profilində canlı yayıma çıxaraq nazir Akop Arşakyanın kafedə ona hücuim etdiyini deyib. Jurnalist nazirə yaxınlaşaraq iş vaxtını niyə kafedə keçirdiyini soruşub. Arşakyan əvvəlcə "məndə 24 saat iş günüdür, gecələr də işləyirəm" söyləyib, sonra jurnalistdən kameranı söndürməyi xahiş edib, sonda hədələməyə başlayıb.
P.Faxradyan kafenin ikinci mərtəbəsinə qalxıb, masa arxasında oturaraq noutbukda işləməyə başlayıb.
Akop Arşakyan ona yaxınlaşıb, əvvəlcə jurnalistin üzünə zərbə endirib, sonra noutbuku sındırıb.