Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erkən parlament seçkisi də Ermənistanı böhrandan xilas etməyəcək

Erkən parlament seçkisi də Ermənistanı böhrandan xilas etməyəcək

Tarix: 19 Mart 2021 09:51

"Ermənistanın baş naziri Azərbaycana məğlubiyyətdən sonra yaranan dərin böhrana dözdü, idarə etməyə çalışdı, radikal müxalifət, kilsə, baş qərargahın sədrinin tələbləri qarşısında istefa vermədi". 

Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, parlament seçkisində təbliğat kampaniyasının əsas mübarizəsi Qarabağ mövzusu ətrafında olacaq:

"Nikol Paşinyan nəhayət erkən parlament seçkisinin tarixini elan etdi - 20 iyun. Ancaq erkən parlament seçkisi də Ermənistanı hazırki böhrandan xilas etməyəcək. Birincisi, küçələrə tökülüşən radikal müxalifət seçkinin nəticəsini tanımayacaq. Çünki küçələrdəki müxalifət seçkidə səs qazanmayacağını bəri başdan bilir. Digər tərəfdən iyunun 20-ə qədər başda Paşinyan olmaqla seçkiyə qatılacaq siyasi partiyalar təbliğat kampaniyasına başlayacaqlar. Aydındır ki, kampaniyanın əsas mübarizəsi Qarabağ mövzusu ətrafında olacaq və bu amil Ermənistanı bir neçə ay yenə gərgin vəziyyətdə saxlayacaq. Buna baxmayaraq, Paşinyan seçkiyə qədər sağ qalsa (ermənilər terroru yaxşı bacarırlar) o yenidən ermənilərin səslərini qazanacağına ümidlidir. Onun qələbəsi partiyasına təkbaşına hökumət formalaşmağa imkan verməsə də, Paşinyan seçkinin nəticəsinə görə söz sahibi olan siyasətçilərdən biri olaraq qalacaq. "Qarabağ klanı" və onun liderləri - Robert Köçəryan və Serj Sərkisyan böyük ehtimalla yenə müxalifətdə qalacaqlar". 

E.Şahinoğlu deyib ki, Ermənistanın yeni baş naziri kim olursa olsun, həmin şəxs 9 noyabr və 11 yanvar razılaşmalarını yerinə yetirmək məcburiyyətindədir:

"Seçkinin nəticəsinə görə koalisyon hökumət formalaşarsa, yeni baş nazir üçün qərarlar vermək çətin olacaq. Ancaq baş nazir kim olursa olsun, həmin şəxs Moskvanın vasitəçiliyi ilə qəbul edilən 9 noyabr və 11 yanvar razılaşmalarını yerinə yetirmək məcburiyyətindədir. 

Nikol Paşinyanın yenidən baş nazir kimi fəaliyyətini davam etdirməsi Azərbaycanın maraqlarına cavab verirsə, yaxın aylarda həbsxanalarımızda saxlanılan bir qrup erməninin Ermənistana təhvil verilməsi mümkündür. Bu, Paşinyanın seçki öncəsi erməni cəmiyyətində nüfuzunu daha da gücləndirə bilər".

Təhməz Əsədov


Etiketlər:  Erkən parlament seçkisi Ermənistanı böhrandan xilas etməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ