Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2021 13:28
"Britaniya .tammına artıq dünyanın 100-dən çox ölkəsində rast gəlinib".
Bunu Sonxeber.net-a açıqlamasında həkim-infeksionisti Aygül Əliyeva deyib.
İnfeksionist bildirib ki, vaksinasiya olunmuş şəxs yeni ştamm ilə yoluxsa belə xəstəliyi daha yüngül keçirə bilər:
"Yeni ştammın yoluxduruculuq əmsalının daha yüksək olması və ağır nəticələrlə müşahidə olunmasını nəzərə alsaq, daha diqqətli olmalıyıq. Britaniya ştammının daha sürətlə yayılması dünyada yenidən karantin qaydalarının sərtləşməsinə səbəb olub. Son günlər ölkəmizdə yoluxma sayının sürətlə artmasını nəzərə alsaq daha məsuliyyətli olmalıyıq.
Gördüyümüz bu "nəticə" insanların bir-biri ilə sıx təmasda olmasının və deyilən qaydalara riayət etməməsinin nəticəsidir. Qarşıda bayram tətili başlayır. Bu günlərdə yoluxma sayının kəskin şəkildə artmasını görə bilərik. Buna əsasən karantin qaydalarında müəyyən qədər sərtləşmələrin həyata keçirilməsi zəruridir.
Dünəndən ölkəmizdə də koronavirusun yeni növü olan Britaniya ştammına yoluxma faktı qeydə alındı. Artıq insanlarımız narahatdırlar ki, vurulan bu vaksinlər yeni ştamma qarşı effektsiz olacaq. Ancaq onu deyim ki, aparılan araşdırmalar da göstərir ki, COVİD 19 virusuna qarşı istifadə olunan vaksinlərin yeni ştamma qarşı da effektliyi var. Vaksinasiya olunmuş şəxs yeni ştamm ilə yoluxsa belə xəstəliyi daha yüngül keçirə bilər".
Təhməz Əsədov