Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən varlıları stressdə - Səbəb nə oldu?

Dünyanın ən varlıları stressdə - Səbəb nə oldu?

Tarix: 19 Mart 2021 15:30

Dünyanın ən varlı 10 adamı sutka ərzində 23 mlrd. dollar itirib.

Sonxeber.net Lenta.ru-ya istinadən xəbər verir ki, sutka ərzində ən çox itirən şəxs Tesla-nın rəhbəri İlon Mask olub - təxminən 10 mlrd. dollar. Bununla da vəsaiti 162,1 mlrd. dollara enib. Şirkətinin səhmləri isə 6,9 faiz təşkil edib. Mask reytinq cədvəlində ikinci yerini də itirib. Yerini Avropanın ən varlı şəxsi, Louis Vuitton-un rəhbəri Bernar Arnoya verib. Kapitalı 0,5 mlrd. azalaraq 162 mlrd. dollar olub.

Amazon-un rəhbəri, dünyanın ən varlı şəxsi Cozef Bezos isə 5,7 mlrd. dollar itirib və vəsaiti 178 mlrd. dollar olub. İnvestor Uorren Baffet 0,5 mlrd. dollar itirməklə vəsaiti 96,5 mlrd. dollar təşkil edib.

Kamran


Etiketlər:  Dünyanın varlıları stressdə Səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ