Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İyunun 1-dək həftə sonları ictimai nəqliyyat işləməyəcək - Operativ qərargah

İyunun 1-dək həftə sonları ictimai nəqliyyat işləməyəcək -  Operativ qərargah

Tarix: 19 Mart 2021 16:00

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarında bildirilib.

Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

- 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

- 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

- 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

- 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

- 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;

- 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

- 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

- 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

- 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.


Etiketlər:  İyunun dək həftə sonları ictimai nəqliyyat işləməyəcək Operativ qərargah


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ