Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramos bu matçı buraxacaq

Ramos bu matçı buraxacaq

Tarix: 20 Mart 2021 10:26

"Real"ın kapitanı Serxio Ramos La Liqanın 28-ci turunda "Selta" ilə matçı buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. Məşqçilər korpusu bir müddət əvvəl dizindən zədələnən ispaniyalı oyunçunu Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la görüşdən əvvəl riskə atmaq istəmir.

Ramos bu mövsüm 20 matça çıxaraq, 4 qol vurub və 1 qolun ötürməsini verib.

Qeyd edək ki, bu gün keçiriləcək "Selta" - "Real" oyunu Bakı vaxtı ilə 19:15-də başlayacaq. "Liverpul"la ev qarşılaşması isə aprelin 6-sı 23:00-da start götürəcək

Milli.Az


Etiketlər:  Ramos bu matçı buraxacaq


RƏYLƏR