Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 21:44
Brend saatların satışı ilə məşğul olan "VMF" şirkəti cərimələnib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin keçirdiyi monitorinqlər zamanı "VMF" şirkətində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.
Şirkətin əməkdaşlarının tibbi maskadan istifadə etməməsinə görə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edilib.
Buna görə "VMF" şirkəti 600 manat cərimə edilib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsinə baxılır. Martın 29-da baxış iclası keçiriləcək.
Qeyd edək ki, "VMF" şirkəti bağlanmış "ANS" TV-nin prezidenti Vahid Mustafayevə məxsusdur.