Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2021 11:16
Los-Ancelesdə yaşayan xəfiyyələrdən biri Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın mobil nömrələrinə müdaxilə etdiyini etiraf edib.
Sonxeber.net Axşam.az-a istinadən bildirir ki, Denyl Hənks adlı xəfiyyə "The Sun" qəzetinin tapşırığı ilə Marklın icazəsi olmadan onun telefon nömrələrindən şəxsi məlumatlarını ələ keçirib.
Bu haqda "BBC" kanalına müsahibə verən Hənks, nömrələr vasitəsilə Meqana və kral ailəsinə məxsus bir çox şəxsi məlumatları ifşa etdiyini bildirib.
"The Independent" nəşrində yer alan məlumatda isə, "The Sun" qəzetinin rəhbəri həmin xəfiyyəyə belə bir tapşırıq verilmədiyini deyib.