Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üç ay ərzində 20 kilo arıqlamağın sirri

Üç ay ərzində 20 kilo arıqlamağın sirri

Tarix: 21 Mart 2021 12:03

Amerikalı üç ay ərzində 20 kq arıqlamağın sirrini bölüşüb.

Sonxeber.net The Beet nəşrinə istinadən xəbər verir ki, Kris Vauben uzun illər öd kisəsində ağrılardan şikayət edirmiş. Həkimlər onu xəbərdar ediblər ki, səhhəti qeyri-sağlam qidadan və çəki çoxluğundan pisləşə bilər.

38 yaşlı kişi onların məsləhətinə qulaq asaraq bir müddət ətdən imtina edib. "Lakin təəssüf ki, vegeterian dietaya uzun müddət davam gətirə bilmədim", - deyə təəssüratını bölüşüb. Yenidən arıqlamaq fikrinə düşən Vauben müxtəlif dietik vasitələrdən istifadə etsə də, istədiyinə nail ola bilmir. Nəhayət ki, ət ehtiyatları və süd məhsullarından istifadəni dayandırmaqla istədiyinə nail olur. Əvəzində soyuducusunu meyvə-tərəvəz, lobya, süd və əti əvəz edən vasitələrlə doldurur. Nəticədə üç gün ərzində 20 kq. çəki itirməyə müvəffəq olur.


Etiketlər:  Üç ərzində kilo arıqlamağın sirri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ