Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2021 13:16
Bolqarıstan rus diplomatları qovmaq qərarına gəlsə, Rusiya da onlara eyni cavabı verəcək.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı senator Vladimir Cabarov deyib.
Bolqarıstanın ittihamlarının heç bir əsası olmadığını bildirən senator diplomatların qovulma ehtimalını bu ölkənin dostanə olmayan hərəkəti kimi qiymətləndirib.
Qeyd edək ki, Sofiyada Rusiyaya casusluqda şübhəli bilinən bir neçə nəfərin həbs edilməsindən sonra Bolqarıstan Prezidenti Boyko Borisov Rusiyanın ölkədəki diplomatlarının arzuolunmaz şəxs elan ediləcəyini bildirib.