Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2021 13:48
Türkiyənin İstanbul şəhərində boks üzrə beynəlxalq Boğaziçi turniri təşkil edilib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, milli komandamız 30-a yaxın ölkədən 250 idmançının qatıldığı yarışı 7 medalla başa vurub.
Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, boksçularımız turnirdən əvvəl qardaş ölkədə təlim-məşq toplanışı keçiblər.