Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2021 10:28
Kamçatkanın şərq sahillərində, Berinq adası ərazisində - Aleut rayonunun Nikolskoye kəndindən 166 kilometr məsafədə 5.4 bal gücündə zəlzələ olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələnin episentri 54 kilometr dərinlikdə qeydə alınıb.
Sonra ardıcıl olaraq 4.8, 4.1 və 3.9 bal gücündə daha 3 zəlzələ baş verib.
Növbəti yeraltı təkanlar Severo-Kurilskdən 196 kilometr, Ust-Kamçatsk kəndindən 23 kilometr və Berinq adasından 164 kilometr məsafədə meydana gəlib.