Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Google şirkəti Android tərtibatçılar üçün Google Play komissiyasını aşağı salıb

Google şirkəti Android tərtibatçılar üçün Google Play komissiyasını aşağı salıb

Tarix: 23 Mart 2021 19:56

Google şirkəti Google Play-də tətbiqləri yerləşdirən tərtibatçılar üçün yeni tarif planına keçid etdiyini elan edib. Belə ki, bundan sonra Google tərtibatçıların əldə etdikləri gəlirdən 30% əvəzinə 15% komissiya tələb edəcək. Bununla belə qəbul edilmiş bu qərarın bir nüansı var. Belə ki, 15%-lik komissiya qanunu tərtibatçıların il ərzində qazanacaqları ilk milyon dollara şamil olunacaq. Beləliklə əgər tərtibatçılar 1 milyon dollardan daha çox gəlir əldə etsələr şirkətin komissiya tələbi yenidən 30%-ə yüksələcək.

Şirkətin sözlərinə əsasən bu cür qərar az gəliri olan tərtibatçıların öz məhsullarının inkişaflarına daha çox vəsait yatırmalarına imkan verəcək. Maraqlısı ondadır ki, 15%-lik komissiya hətta illik gəlirləri 1 milyon dollardan daha çox olan şirkətlərə də aiddir. Bu yeni strategiya öz növbəsində sentyabr ayında Google şirkətinin tərtibatçılardan bütün ödəniş proseslərinin şirkət platformasında reallaşdırılmasının tələb edilməsinə gətirib çıxardacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Apple şirkəti də bu cür şərtlər daxilində komissiya dəyərini 30%-dən 15%-ə endirmişdi.

Milli.Az


Etiketlər:  Google şirkəti Android tərtibatçılar üçün Google Play komissiyasını aşağı salıb


RƏYLƏR