Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2021 21:26
Xəzər dənizinin sahilində altı suiti cəsədi aşkar olunub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, suiti cəsədləri Novxanı istiqamətində görülüb.
Suitilərin balıq toruna ilişərək sahilə çıxdıqları ehtimal olunur. Onların hansı səbəbdən öldüyü barədə isə dəqiq məlumat yoxdur.
İdialara görə ərazidə dənizə qanunsuz olaraq çoxsaylı balıq toru atılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundovun dediyinə götə, hadisə yerinə baxış keçirilib və suitilərin ölüm səbəbi məlum olub:
"Xəzər dənizinin Novxanı istiqamətində suiti cəsədlərinə keçirilən vizual baxış zamanı onların yaşlı dişi fərdlər olduğu müəyyən edilib.
Xəzər suitisinin böyük hissəsi payızın sonlarında Şimali Xəzərə çoxalma miqrasiyası edir. Yetkin fərdlər yazın əvvəllərinə qədər burada çoxalır, martın sonu və aprelin əvvəllərində isə Orta və Cənubi Xəzərə doğru geri dönürlər".
"Araşdırmalar göstərir ki, daha yaşlı və zəif düşmüş fərdlər geri dönmə zamanı fiziki olaraq dözməyərək təbii ölümlə üzləşirlər. Çox güman ki, belə zəifləmiş və təbii ölümlə üzləşən fərdlər son günlərdə güclənmiş şimal küləkləri nəticəsində dəniz axınları ilə Abşeron yarımadasının şimal sahəsində dənizkənarı sahilə atılıb", - deyə M.Axundov əlavə edib.
M.Axundov onu da qeyd edib ki, analoji hadisə ötən il də baş vermişdi.