Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur cütlükdən ayrılıq qərarı

Məşhur cütlükdən ayrılıq qərarı

Tarix: 24 Mart 2021 17:16

İtaliyanın ən məşhur cütlüyü hesab edilən "Milan"ın futbolçusu Teo Ernandeslə sevgilisi Zoe Kristofoli ayrılıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, izləyiciləri onların sosial şəbəkələrdəki paylaşımlarından bu qənaətə gəliblər.

Çünki cütlük, demək olar ki, hər gün birlikdə şəkil paylaşmaqla tanınırlar. Lakin artıq bir həftədən çoxdur ki, izləyiciləri onların tək şəkillər paylaşmalarını müşahidə edirlər. 

Üstəlik, son olaraq iti ilə video paylaşan tanınmış model Kristofolinin "heyvanlar 10 nömrədir, insanlar 0" deməklə Ernandesə söz atdığı iddia olunur.

Milli.Az


Etiketlər:  Məşhur cütlükdən ayrılıq qərarı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ