Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 08:10
ABŞ-ın Virciniya ştatının rəhbərliyi ölüm hökmünə qadağa tətbiq edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, müvafiq yerli qərar Demokratlar Partiyasını təmsil edən qubernator Ralf Nortem tərəfindən imzalanıb.
Bununla da Virciniya ölüm cəzasını qadağan edən 23-cü ABŞ ştatı olub. Bu qərar ştatda Demokratlar Partiyasının müraciəti ilə qanunla təsdiqlənib.
Edam cəzası Virciniyada 17-ci əsrdə Köhnə qitədən köçənlərin koloniyalar qurmasından bəri təxminən 1400 dəfə tətbiq edilib. Bu, ABŞ-da bu cəza növünün ən yüksək göstəricisidir. Virciniya həm də ABŞ-ın cənubunda ölüm hökmünü qadağan edən ilk ştat olub.