Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya koronavirus əleyhinə üçüncü vaksinin istehsalına başlayıb

Rusiya koronavirus əleyhinə üçüncü vaksinin istehsalına başlayıb

Tarix: 25 Mart 2021 13:50

Bu gündən Rusiyanın koronavirus əleyhinə üçüncü vaksini olan KoviVakın rəsmi istehsalına başlanılıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Çumakov adına Mərkəz tərəfindən yaradılan KoviVak peyvəndinin istehsalına startı nazir Valeriy Falkov verib.

Beləliklə, üçüncü Rusiya istehsalı vaksin mülki dövriyyəyə buraxılıb 

Kovivak vaksini bu ilin fevral ayında dövlət qeydiyyatından keçib.

Qeyd edək ki, ötən ilin avqustun 11-də Rusiya dünyada koronavirus əleyhinə Sputnik V adlanan ilk peyvəndi dövlət qeydiyyatından keçirib. Ötən ilin payızında isə Rusiyada koronavirus əleyhinə ikinci peyvənd, EpiVakkorona dövlət qeydiyyatından keçib.


Etiketlər:  Rusiya koronavirus əleyhinə üçüncü vaksinin istehsalına başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ