Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mənə onu yoldan çıxarıb, bunu videoya çəkməli olduğumu dedi” - FOTO

“Mənə onu yoldan çıxarıb, bunu videoya çəkməli olduğumu dedi” - FOTO

Tarix: 25 Mart 2021 20:50

Serbiya idmanında yeni qalmaqal alovlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna model Natalya Şekiçin verdiyi müsahibə səbəb olub.

O bildirib ki, məşhur tennisçi Novak Cokoviçlə bağlı təklif alıb. Natalyaya dünyanın 1 nömrəli raketkasını yoldan çıxarmaq, sonra da baş verənləri videoya çəkmək qarşılığında yaxşı məbləğ vəd olunub.

Lakin model bundan imtina edib: "Mənə ciddi menecer hesab olunan bir oğlan zəng vurdu və görüşməyimizi istədi. Görüşün işgüzar olacağını zənn etsəm də, o mənə Novakı yoldan çıxarıb, bunu videoya çəkməli olduğumu dedi. Qarşılığında mənə 50-60 min avro və istədiyim yerə səyahət vəd etdi. Onu vurmaq və ya üstünə su tökmək istədim. Amma ictimai yerdə olduğumuzdan özümü saxladım. Təkcə özümə deyil, Novaka görə də üzüldüm. Onu Serbiyada qəhrəman sayırlar. Ümid edirəm ki, həmin menecer Cokoviçə qarşı belə haqsızlıq edəcək başqa qız tapmayıb".
 

Milli.Az


Etiketlər:  Mənə onu yoldan çıxarıb bunu videoya çəkməli olduğumu dedi FOTO


RƏYLƏR