Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2021 22:26
Malayziya hakimiyyəti yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd vurdurmaqdan imtina edilməsinə dair çağırış edənlərin ciddi məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edib.
TASS-ın verdiyi məlumata görə, bunu bu gün parlamentlə iş üzrə nazir Takiyuddin Hassan bildirib. T. Hassan deyib ki, xəbərdarlıqdan nəticə çıxarmayanlar və COVİD-19-a qarşı vaksin haqda yalan məlumat yayanlar barədə sərt tədbirlər görüləcək. Nazir bu çağırışları və yalan məlumatları ölkənin təhlükəsizliyinə təhdid kimi qiymətləndirib: "Hökumət vaksinasiya ilə bağlı yeni qanun hazırlamağı planlaşdırmır. Biz günahkarları cəzalandırmaq üçün qüvvədə olan qanunlardan istifadə edə bilərik".
Hassan bu qanunlara misal olaraq qiyama çağırışın yolverilməzliyi və KİV-lərin fəaliyyətini tənzimləyən qanunları qeyd edib.