Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tesla-nın Avropadakı ilk zavodu bağlanır

Tesla-nın Avropadakı ilk zavodu bağlanır

Tarix: 27 Mart 2021 21:20

Tesla şirkəti tezliklə Hollandiyanın Tilburg şəhərində Model S və Model X avtomobil yığımlarını dayandıracaq. Yanvar ayının sonunda ABŞ-da istehsal prosesini dəyişdirən və Hollandiyada montajı mümkün olmayan modellər yenidən dizayn edilib. Yeni Model S və Model X-in xarici hissələrində az dizayn dəyişiklikləri olsa da, texnoloji və interyer baxımından əhəmiyyətli dərəcədə dəyişib. Buna görə Tilburgda elektrikli nəqliyyat vasitələrinin montajı artıq texniki cəhətdən sənaye miqyasında həyata keçirilə bilməz. Yenilənmiş Model S və Model X-in noyabr ayında ilk dəfə Hollandiyaya gətiriləcəyi gözlənilir, yəni Tilburg zavoduna hazırkı nəsil nəqliyyat vasitələrinin tədarükü qısa müddətdə dayandırılacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, zavod 2015-ci ildə Tesla şirkətinin CEO-su İlon Mask və ölkənin iqtisadiyyat naziri Henk Kampın iştirakı ilə açılıb.

Zavodun əməkdaşlarına başqa işlər tapmaq üçün məsləhətləşmələr aparılır. Tesla-nın Holandikayada çalışan 1510 nəfərdən 540 nəfəri Tilburgda işləyir.

Məlumat üçün bildirək ki, Brabant Hersoqluğunda təkcə maşınlar yığılmır - Amerika markasında köhnə və ya istifadə olunmuş hissələrin yeni keyfiyyətə gətirildiyi sex, ehtiyat hissələri anbarı və təmir mərkəzi var.

Milli.Az


Etiketlər:  Tesla nın Avropadakı ilk zavodu bağlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ