Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Vaksindən sonra hər ehtimala qarşı tumbanın üzərinə termometr qoydum”

“Vaksindən sonra hər ehtimala qarşı tumbanın üzərinə termometr qoydum”

Tarix: 27 Mart 2021 23:34

"Vaksin vurdurduğum günün axşamı yatmadan əvvəl hər ehtimala qarşı tumbanın üzərinə termometr qoydum".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu koronavirus vaksinasiyası prosesi barədə "Rossiya 1" televiziyasına danışan Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri bir müddət əvvəl koronavirusa qarşı ilk doz peyvənd olunmuşdu. Putinin Rusiyada istifadəsi təsdiqlənən üç vaksindən hansını istifadə etdiyi hələlik bilinmir.

Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov Prezidentin ikinci doz vaksini qəbul edəcəyini də açıqlayıb:

"Prezident vaksindən sonra heç bir əks təsirlə qarşılaşmayıb və özünü yaxşı hiss edir".


Etiketlər:  Vaksindən sonra hər ehtimala qarşı tumbanın üzərinə termometr qoydum


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ