Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2019 00:32
Braziliyanın "Flamenqo" klubunun yarımmüdafiəçisi Dieqo Ribas qorxunc zədə alıb.
Qol.az xəbər verir ki, 34 yaşlı futbolçunun Kopa Libertadoresin "Emelek"lə (Ekvador) keçirilən matçda ayağı qırılıb. O, 70-ci dəqiqədə ikili mübarizə zamanı ağır xəsarət alıb.
Dieqo ən azı bir mövsüm futbol oynamayacaq. Onun karyerasını başa vuracağı ehtimalı da var.
Qeyd edək ki, D.Ribas "Portu", "Verder", "Yuventus", "Volfsburq", "Atletiko"
(Madrid) və "Fənərbaxça" kimi klublarda çıxış edib.