Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ermənistan çoxşaxəli böhran vəziyyətindədir” - Sarkisyandan etiraf

“Ermənistan çoxşaxəli böhran vəziyyətindədir” - Sarkisyandan etiraf

Tarix: 30 Mart 2021 23:39

"Rusiya ilə əlaqələrdə mövcud reallıqlara və qarşılıqlı maraqlara əsaslanan bir yol xəritəsi formalaşdırılmalıdır".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sarkisyan "Avarot" qəzetinə açıqlamasında deyib.

"Ermənistan kiçik bir ölkədir, Rusiyanın dünyanın supergüclərindən biri olduğunu unutmamalıyıq. İkitərəfli əlaqələr mövcud reallıqlara söykənməlidir", - A.Sarkisyan vurğulayıb.

Ermənistan prezidenti iki ölkənin əməkdaşlıq keçmişinə də toxunub:

"Əvvəlcə Rusiya imperatorluğu və daha sonra SSRİ olmaqla, təxminən 200 il bir ölkə içində yaşadıq. Ancaq ikitərəfli əlaqələr qurarkən duyğuları bir kənara qoymalı və əlaqələrin gündəmini praqmatik, tam əhatəli təhlil və dialoq köməyilə formalaşdırmalıyıq".

O, ölkəsinin çoxşaxəli böhran vəziyyətində olduğunu dilə gətirib:

"Bunun səbəbi dövlət aparatının təsirsizliyi, müharibədən sonrakı vəziyyət və koronavirus pandemiyasıdır. Ölkə iqtisadiyyatı dərin böhrandan keçir. İqtisadi böhranın öhdəsindən gəlmək üçün dövlət aparatının, dövlətin təsirli bir şəkildə işləməyi zəruridir, ancaq bu gün bu edilmir.

Tək böhran bu deyil, çoxşaxəli böhran içindəyik. Bu, eyni zamanda, müharibədən sonrakı vəziyyət, minlərlə gəncin itirilməsi ilə əlaqəlidir".

Onun sözlərinə görə, pandemiya səbəbindən ölkədə səhiyyə sistemi böhranı da yaranıb:

"Ermənistanda pandemiyanın ilk dalğası qədər təhlükəli olan ikinci dalğası yaşanır. Koronavirusdan ölənlərin sayı müharibə zamanı (Qarabağ müharibəsi) ölənlərlə, demək olar ki, eyni saydadır və bu rəqəm getdikcə artır. Buna görə çox diqqətli olmalıyıq".

Sarkisyan sosial sahədəki böhranın Dağlıq Qarabağdan gələnlərlə birlikdə daha da dərinləşdiyini vurğulayıb:

"Eyni zamanda, əxlaqi və psixoloji bir böhran da var. Bu gün minlərlə insan necə bilet alacağını, Rusiyaya necə gedəcəyini və ya ABŞ vizasını necə alacağını düşünür. Ölkədən köç böhran vəziyyətinə çata bilər".

Prezident əlavə edib ki, Ermənistanın içində olduğu çətin şərait səbəbindən investorların diqqətini çəkmir. 


Etiketlər:  Ermənistan çoxşaxəli böhran vəziyyətindədir Sarkisyandan etiraf


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ