Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2019 12:24
Bu yay "Barselona" ilə müqaviləsi başa çatan Tomas Vermalenin yeni klubu müəyyənləşib.
Qol.az-ın xəbərinə görə, 33 yaşlı müdafiəçi karyerasını "Vissel Kobe"də davam etdirəcək. Bu barədə Yaponiya klubunun saytı məlumat yayıb. O, yeni klubunda 4 nömrəli forma geyinəcək.
Qeyd edək ki, "Vissel Kobe"də belçikalı oyunçunun sabiq komanda yoldaşı Andres İnyesta və David Vilya oynayır.