Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 21:57
Alimər Hollandiya və ABŞ-ın klinikalarında apardıqları araşdırmalar zamanı, sağlam həyat tərzinin təkcə ürək-damar xəstəlikləri deyil, həm də xərçəng riskini azaltmağa kömək etdiyi qənaətinə gəlib. Massaçusetsin ümumi təmayüllü xəstəxanasında, ABŞ və Hollandiyadakı digər tibb mərkəzlərində tədqiqatçılar, 20.305 iştirakçısının məlumatlarını təhlil edib. Birincisi tədqiqat, 1948-ci ildən bu yana Böyük Bostondakı xəstəxana və universitetlərin səhiyyə işçiləri arasında keçirilmişdir və hazırda üçüncü nəsil iştirakçıları ilə davam edir. İkincisi tədqiqat, damar və böyrək xəstəliklərini əhatə edir.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, hər iki layihədə, tədqiqatda iştirak edən, piylənmədən, diabetdən, yüksək xolesterol və yüksək qan təzyiqindən, əziyyət çəkən insanların ürək-damar xəstəliklərinin inkişaf etmə riski haqda məlumatlar var. Tədqiqatçılar yaş, cinsiyyət və siqaret çəkmə vərdişləri kimi ürək-damar risk faktorlarının da xərçəng nisbətləri ilə əlaqəli olduğunu qeyd edir.
Xərçəng riski, sağlam həyat tərzi keçirən iştirakçılar arasında ən aşağı səviyyədə idi, baxmayaraq ki, tədqiqatın əvvəlində bir çoxunun ürək-damar xəstəlikləri, o cümlədən infarkt, ürək çatışmazlığı kimi ciddi xəstəlikləri var idi. "Bİz ürək üçün əlverişli olan sağlam həyat tərzi ilə daha az xərçəng riski arasında bir əlaqə tapdıq. Lakin bu epidemioloji araşdırmada, göstəricilər arasında bir səbəb-nəticə əlaqəsinin olduğunu sübut edə bilmirik", - deyə tədqiqat rəhbəri Emili Ley bildirib.