Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 22:44
Apple Apple Car avtomobil layihəsi ilə bir daha gündəmdədir. Bu dəfə şirkətin aldığı patent səs-küyə səbəb olub. Apple Car elektrikli avtomobil modeli, keçən ay Apple və Hyundai arasında bir ortaqlığın qurulacağı xəbəri ilə gündəmə böyük təsir göstərmişdi. Lakin bu məlumatlar sonradan təkzib edilmişdi. Son halda, "Apple"ın ilk avtomobil modelini Foxconn və ya Magna kimi istehsalçılar tərəfindən yollara çıxarmaq istədiyi bildirildi. Apple avtomobilin əsas sistemlərini və dizaynını hazırlayacaq və istehsalı "iPhone"larda olduğu kimi başqa bir şirkət həyata keçirəcəkdir. Əlbətdə bu vəziyyət iqtisadi baxımdan çox məntiqli görünür. Çünki "Apple"ın öz istehsal xəttlərini qurması əlverişli deyil. İndi vasitə üçün patent gündəmdədir. Bu patentin arxasında "infraqırmızı" əsaslı bir far sistemi durur.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, şirkət patent aldığı bu infraqırmızı işıq sistemi ilə ilk avtomobili mövcud nəqliyyat vasitələrindən üç dəfə daha görünən edəcəkdir. Bunun arxasında, əlbəttə ki, vasitənin avtonom infrastrukturu var. "Apple"ın ilk vasitəsi sürücüsüz gedə biləcək. Sürücüsüz vasitələrin təbii olaraq ətraflarını çox yaxşı görmələri lazımdır. "Apple"ın inkişaf etdirdiyi texnologiya ilə 200 metrlik aydın aşkarlama məsafəsinə çatdığı bildirilən ilk avtomobilini nə zaman təqdim edəcəyini bilmirik.