Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2019 14:44
Bakı. Trend:
İyulun 27-da "EYOF Bakı 2019"un atletika yarışlarının sonuncu günündə qızlar arasında 1500 metr məsafəyə qaçış və oğlanlar arasında 2000 metr məsafəyə maneələrlə qaçış növlərində mükafatçılar müəyyənləşib.
Trend-in məlumatına görə, qızlar arasında 1500 metr məsafəyə qaçış yarışında Almaniya təmsilçisi Antye Pfueller 4 dəqiqə 28 saniyə nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 4 dəqiqə 29 saniyə nəticə ilə Rumıniya atleti Mariya Talida Sfarqiu sahib olub. Bürünc medala ispaniyalı Mireya Arnedillo (4 dəqiqə 30 saniyə) sahib olub.
Oğlanlar arasında 2000 metr məsafəyə maneələrlə qaçış yarışında İspaniya təmsilçisi Pol Oriaç (5 dəqiqə 49 saniyə) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belaruslu Dimitri Savin (5 dəqiqə 57 saniyə) gümüş, italiyalı Ciovanni Silli (5 dəqiqə 58 saniyə) isə bürünc medallara layiq görülüblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin